Həbsxanaya telefon keçirməyin qəribə yolu -FOTOLAR
19 Avqust 2013
Oxunub:1341
Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, avqustun 19-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1995-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Fərid Sadiq oğlu Səfərliyə vətəndaş Muxtar İbrahim oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.
Bu vaxt 20 litrlik qazanın içərisində olan bişmiş aşın altında şəffaf sellofana bükülmüş, daxilində danışıq kartları olmayan 4 (dörd) ədəd “Nokia” və 1 (bir) ədəd “Blackberry” markalı mobil telefon aparatları aşkar olunaraq götürülüb.