Bakıda Andrey Karlovun xatirəsi anılır - (VİDEOXƏBƏR)

Bakıda Andrey Karlovun xatirəsi anılır - (VİDEOXƏBƏR)
  21 Dekabr 2016    Oxunub:4287
Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə bağlı Rusiyanın Bakıdakı səfirliyində xatirə kitabı açılıb.

AzVision.az xəbər verir ki, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxinə başsağlığı verərək səfirlikdə açılan xatirə kitabına ürək sözlərini yazıb.

Anım mərasimində Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, diplomatik nümayəndələr də iştirak edib.

Xatirə kitabı 21 dekabr 10.00-dan 13.00-dək, 15.00-dan 17.00-dək, 22 dekabrda isə 10.00-dan 13.00-dək açıq olacaq.

Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qətlə yetirilib.

















Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti