Avropa Birliyi Misirə embarqo qoyur

Avropa Birliyi Misirə embarqo qoyur
  19 Avqust 2013    Oxunub:6528
Misirə göndəriləcək silah və hərbi texnika yaxın günlərdə Avropa Birliyinin qərarı ilə bloklanacaq.
AzVision.az xəbər verir ki, bu yolla Avropa Birliyi müvəqqəti hökuməti ölkədə törətdiyi zorakılığına son qoymağa məcbur etmək istəyir.

Avropa Birliyinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən təcili görüşü zamanı embarqo haqqında məsələyə baxılacaq. Embarqo ilə bağlı məsələ bir həftə ərzində müzakirə olunacaq. Görüşdə odlu silah, hərbi texnika, həmçinin daxili repressiyalar zamanı istifadə olunan vasitələrin Misirə çatdırılmasına məhdudiyyətlər qoyulmasının variantları müzakirə olunacaq. Qeyd edək ki, Məhdudiyyətlərin qoyulması Misir hakimiyyətinə zorakılığı dayandırmaqla bağlı xəbərdarlıq xarakteri daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti