Muxtar Maniyevlə son görüş - (VİDEOXƏBƏR)

Muxtar Maniyevlə son görüş - (VİDEOXƏBƏR)
  22 Dekabr 2016    Oxunub:9688
Bu gün Təzəpir məscidində xalq artisti, Azərbayacan kinosunun tanınmış siması Muxtar Maniyevlə vida mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, aktyorun ailə üzvüləri, sənət dostları çıxış ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev: “Muxtar Maniyev Azərbaycan kino mədəniyyətinin formalaşmasında, inkişafında mühüm işlər görüb. O, ifa etdiyi bütün rolları ilə böyük tamaşaçı sevgisi qazanmağı bacarıb. Bu hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Mərhum sənətkar istər həyatda, istərsə də kinoda müsbət emosiyalar yaradan və onu yaşadan sənətkar kimi xatırlanacaq. Muxtar Maniyevin yaratdığı obrazlar qalereyası onu həmişə yaşadacaq”.

Aktyorun oğlu Tural Manıyev bildirib ki, atası hər zaman peşəsi ilə yaşayan insan olub.

Aktyor Əliqulu Səmədovun fikrincə, Azərbaycan kinosunda Muxtar Manıyev kimi ikinci bir şəxsiyyət yoxdur.

Vida mərasimindən sonra Xalq Artistinin cənazəsi son mənzilə yola salınıb.

Allah rəhmət eləsin!























Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti