İsrail vətəndaşlarını Azərbaycana getməməyə çağırıb

İsrail vətəndaşlarını Azərbaycana getməməyə çağırıb
  19 Avqust 2013    Oxunub:1369
İsrailin terrorizmlə mübarizə bürosu vətəndaşlarına və yəhudilərə Türkiyə və Azərbaycana səfər etməməklə bağlı tövsiyə verib.
AzVision.az The Jerusalem Post-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş nazirinin terrorizmlə mübarizə üzrə bürosu məlumat yayıb. Məlumatın yayılmasına səbəb sentyabrın 11-də baş verən terror hadisəsinin ildönümü günündə israilliləri təhlükədən qorumaqdır.

Məlumata əsasən israillilər və yəhudilərə, davam edən potensial təhlükəsizliyə görə Türkiyə ilə yanaşı Azərbaycan, Nigeriya və Keniyaya planlaşdırılan qeyri-vacib səfərləri təxirə salmaq məsləhət görülüb. Siyahıda Misir və İordaniya ən təhlükəli ölkələr kimi verilib. Sinay yarımadasına planlaşdırılan səfərləri isə təcili təxirə salmaq, orda olanlara isə ərazini tərk etmək üçün xəbərdarlıq edilib.

Siyahıda yer alan digər ölkələr Tailand, Filippin, Seneqal, Kəşmirdir. İsrail vətəndaşlarına və yəhudilərə Sudan, Somali və Əfqanıstandan təcili çıxmaları tövsiyə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti