Ermənistanda vəzifəli şəxslər rüşvət üstündə tutuldu - (VİDEOXƏBƏR)

Ermənistanda vəzifəli şəxslər rüşvət üstündə tutuldu - (VİDEOXƏBƏR)
  27 Dekabr 2016    Oxunub:3848
Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Tibbi və Sosial Ekspertiza Agentliyinin rəhbəri və şöbə müdiri rüşvət almaq ittihamı ilə saxlanılıb.

AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, əməliyyatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirib.

Xidmətin yaydığı məlumata görə, dövlət agentliyində uzun müddət fəaliyyət göstərən korrupsiya sxemi mövcud olub.

Səlahiyyətli şəxslər aldıqları rüşvəti daha yüksək rütbəli məmurlara ötürüb. Bununla da təkrar ekspertiza üzrə yerli komissiyalar vətəndaşlara əlillik dərəcəsi vermək üçün bunun müqabilində onlardan 20-40 min dram məbləğində (75-150 manat) rüşvət tələb edib. Alınan rüşvət komissiya üzvləri arasında bölüşdürülüb, bir hissəsi isə agentliyin rəhbərliyinə göndərilib. Agentlik rəhbərinin kabinetində aparılan axtarış zamanı 2.547 000 dram və 600 dollar pul aşkarlanıb.

Məlumata əsasən korrupsiya sxeminə 9 vilayət və 2 paytaxt komissiyalarının sədrləri, agentliyin təkrar ekspertiza şöbəsinin müdiri daxil olub.

Fakt üzrə bir qrup şəxsin qabaqcadan əlbir olaraq rüşvət alması maddəsi ilə cinayət işi açılıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti