Ermənistan Baş qərargah rəisinin müavini yaralandı - (VİDEOXƏBƏR)

Ermənistan Baş qərargah rəisinin müavini yaralandı - (VİDEOXƏBƏR)
  29 Dekabr 2016    Oxunub:8683
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Enriko Apriamov avtomobil qəzasına düşüb.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan faktı təsdiqləyib.

Onun sözlərinə görə, Apriamov və sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ovannisyan bildirib ki, onların həyatı üçün heç bir təhlükə yoxdur. Məlumata əsasən qərargah rəisi Erasxavana gedirmiş.

Məlumata görə, Enriko Apriamovun "Lexus" markalı avtomobili 07:20 radələrində yol kənarındakı dirəyə çırpılıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti