Bulvarda pulsuz atraksion sevinci - (VİDEO+FOTOLAR)

Bulvarda pulsuz atraksion sevinci - (VİDEO+FOTOLAR)
  30 Dekabr 2016    Oxunub:11350
Bu gün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Dəniz kənarı Milli Parkda uşaqlar üçün pulsuz aksiya təşkil olunub.

AzVision.az xəbər verr ki, saat 10:00-da başlayan aksiya 14:00-dək davam edib. Aksiya çərçivəsində 15 yaşa qədər uşaqlar müxtəlif atraksionlar, qatar və gəmidən pulsuz istifadə ediblər.

Atraksionların pulsuz olduğundan xəbər tutan valideynlər səhər saatlarından Bulvara üz tutmuşdular. Bu səbəbdən Dəniz kənarı Milli Parkda izdiham yaşanırdı.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, qurum artıq uzun müddətdir belə aksiyalar keçirir.
“Aksiyanın mahiyyəti ondan ibarətdir ki, günün müəyyən hissəsində 15 yaşına uşaqlar üçün atraksionlar, dəniz gəzintiləri, qatarlar pulsuz olur. Yeni il bayramı ilə əlaqədar qərara gəldik ki, şəhər sakinləri və qonaqları sevindirək”.

Bayram ərəfəsində Bulvarda insanların sayının çox olduğunu deyən qurum rəsmisi bildirib ki, buna görə gücləndirilmiş iş rejiminə keçilib və bu, yanvarın 4-dək davam edəcək.

“Dənizkənarı Bulvar İdarəsi belə aksiyaların keçirilməsində böyük təcrübəyə malikdir. Bu gün insanların sayı çox olsa da, heç bir narazılıq baş vermədi. Belə aksiyalar gələn il də müxtəlif bayramlarda davam edəcək”.























Aytən Zəhra
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti