Girov götürülən türk pilotların yeri məlum oldu

Girov götürülən türk pilotların yeri məlum oldu
  20 Avqust 2013    Oxunub:1226
Livanda girov götürülən türk pilotların yaxın günlərdə azad ediləcəyi gözlənilir.
İddialara görə, türk pilotlarından biri paytaxtın şərqindəki Əş-Şəravənəh qəsəbəsində, digəri isə ölkənin cənubunda, Zavter bölgəsində saxlanılır. Bu arada,Türkiyənin baş nazirinin müavini Bülənt Arınç bildirib ki, pilotlar yaxın zamanda azad ediləcək. Onun sözlərinə görə, türk pilotların səhhətində heç bir problem yoxdur.

Bundan əlavə Livan appelliasiya məhkəməsinin məlumatına görə, sözügedən məsələ ilə əlaqədar 8 nəfər saxlanılıb. Onların ifadələri alınır. Qeyd edək ki, ötən həftə iki türk pilotu Beyrutda havalimanından otelə gedərkən naməlum şəxslər tərəfindən qaçırılıb.

S.Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti