AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi
  20 Avqust 2013    Oxunub:1507
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Topaz Premyer Liqasının üçüncü turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.

III turun “Neftçi” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 42-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Elvin Yunuszadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 8, 31 və 73-cü dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

“İnter” – AZAL matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Qarabağ” – “Xəzər Lənkəran” oyununun 26-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 61-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Volodomir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.(qol.az)


Teqlər:





Xəbər lenti