Misir Vaşinqtonu ikiyə böldü

Misir Vaşinqtonu ikiyə böldü
  20 Avqust 2013    Oxunub:1209
Misirdəki hadisələrə görə Respublikaçılarla Demokratlar arasında ziddiyyət yaranıb.
AzVision.az The Jerusalem Post-a istinadən xəbər verir ki, Demokratlar Mursi tərəfdarlarına qarşı edilən zorakılığı qeyri-demokratik adlandırdıqları halda, Respublikaçılar etirazları yatırmaq üçün yardım göstərilməsini dəstəkləyirlər. Belə ki, Misirdəki gərgin vəziyyətlə bağlı olaraq hər iki partiya amerikanın Yaxın Şərqdəki maraqlarından narahatdır.

Liberal Demokratlar Misir ordusunun insanlara qarşı törətdiyi zorakılığı insanlığa sığmayan hal və qeyri-demokratik hərəkət hesab edib. Bəzi Respublikaçılar isə təkid edərək bildirirlər ki, əgər Misir tərəfindən etirazların yatırılması effekt verməsə, xaricdən göstərilən yardım bu məqsəd üçün istifadə olunmalıdır. 1,4 milyard dollardan ibarət yardım paketi məhz Misir ordusuna kömək məqsədi ilə ayrılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti