Tramp ABŞ-ın Bakıdakı səfirini geri çağırır - (VİDEOXƏBƏR)

Tramp ABŞ-ın Bakıdakı səfirini geri çağırır - (VİDEOXƏBƏR)
  06 Yanvar 2017    Oxunub:17702
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın keçid qərargahı andiçmə mərasiminə qədər xarici ölkələrdəki bütün səfirlərinin geri çağırılması barədə sərəncam imzalayıb.

AzVision.az "New York Times"a istinadən xəbər verir ki, səfirlərə ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilməyəcək.

Sərəncam ABŞ-ın bütün səfirlərinə şamil ediləcək.

Nəşr qeyd edir ki, əvvəllər məktəb yaşlı uşaqları olan diplomatlara müəyyən güzəşt edilib, onların tədris ilini başa vurması gözlənilib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutadır. O, 2015-ci ildən bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri səlahiyyətlərini yerinə yetirir. Sərəncamla onun da geri çağırılacağı gözlənilir.

AzVision.az-ın əməkdaşı məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Səfirlikdən bildirilib ki, bununla bağlı yaxın vaxtlarda rəsmi açıqlama veriləcək.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti