“Əl-Qaidə” ABŞ səfirinin başına pul qoydu
Xatırladaq ki, terrorçuların potensial hücumunu nəzərə alaraq, bu ayın əvvəlində Qərb ölkələri Yaxın Şərq və Şimali Afrikada yerləşən səfirliklərini bağlamışdı. Onların bəzisi bağlanan səfirlikləri yenidən açsalar da, Britaniya Yəməndəki səfirliyini açmayıb. O bildirib ki, Yəməndəki səfirliyi avqustun 25-də açılacaq.
Qeyd edək ki, amerikalı Adam Qadan sonradan islam dinin qəbul edərək müsəlman olub. Həmçinin onun başına 1 milyon dollar mükafat qoyulub. Qadan varlı müsəlmanları səfirləri öldürmək üçün mükafat verməyə çağırıb. “Diplomatların öldürülməsi üçün mükafatın təklif olunması düşmənlərimizin ürəyinə qorxu salır” - Qadan 39 dəqiqəlik videoda bildirib.
ABŞ mənbələrinə əsasən, terrorçu qrup tərəfindən ABŞ-ın Yəməndəki səfirinin öldürülməsi üçün mükafat ayrılıbmış.
AzVision.az
Teqlər: