Azərbaycan elminə ağır itki

Azərbaycan elminə ağır itki
  27 Fevral 2013    Oxunub:1445
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev vəfat edib.
Oqtay Əbdülkərim oğlu Əfəndiyev 26 mart 1926-cı ildə Bakı şəhərində anadan olub. Moskva Şərqşünaslıq İnstitutunda təhsil alan O.Əfəndiyev Səfəvilər (Qızılbaşlar) dövlətinin siyasi, ictimai-iqtisadi tarixini araşdırıb, bu dövlətin inkişafında Azərbaycan türklərinin aparıcı rolunu ilk dəfə dövrün müxtəlif fars dilli salnamələri və sənədləri əsasında üzə çıxarıb. Bununla da tarix elmində Səfəvi dövlətinə "İran dövləti" kimi ənənəvi baxışın yanlış olduğu sübut edilib.

XV-XVI əsrin bir sıra əlyazma mənbələrini ilk dəfə tədqiqata cəlb edən O.Əfəndiyev tarix elmində "İranlı Don Juan" adı ilə məşhurlaşmış Orucbəy Bayatın Azərbaycan türkü olduğunu təsbit edib və onun əsərini rus dilində çapa hazırlayıb. 7 cildlik "Azərbaycan tarixi"nin 3-cü cildinin (XII-XVIII əsrlər) məsul redaktoru və müəlliflərindən olub. 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.


Teqlər:





Xəbər lenti