32 min dollara `Lamborghini` traktor satılır - FOTO

32 min dollara `Lamborghini` traktor satılır - FOTO
  09 Yanvar 2017    Oxunub:10905
İtaliyanın “Lamborghini” şirkəti 1955-ci il istehsalı olan “DL 25” markalı traktoru satışa çıxarıb.
AzVision.az “Luxurylaunches”-a istinadən xəbər verir ki, nadir modelin qiyməti təxminən 32 min dollardır.

Traktora dizel mühərriki quraşdırılıb və onun gücü 26 at gücünə qədər qalxa bilər. Traktorun banı klassik qırmızı rəngdədir.

Qeyd edək ki, “Lamborghini Trattori” şirkəti 1948-ci ildə yaradılıb. Şirkətin mənzil qərargahı Pyeva-di-Çentoda yerləşir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti