Azərbaycanda H3N2 virusundan ölənlər var? - Rəsmi (VİDEOXƏBƏR)

Azərbaycanda H3N2 virusundan ölənlər var? - Rəsmi (VİDEOXƏBƏR)
  09 Yanvar 2017    Oxunub:5563
“Azərbaycanda müşahidə edilən virus infeksiyalarından ölüm halı qeydə alınmayıb”.

Bunu AzVision.az-a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, ümumiyyətlə ölkədə virus epidemiyası yoxdur.

“Yayılan xəstəlik qrip deyil və ölkədə epidemiya yoxdur. Kəskin resperator virus infeksiyaları var və bunlar mövsümü xəstəliklərdir. Bu günə qədər 258-ə yaxın xəstədən, nisbətən ağır gedişli xəstələrdən laborator müayinə nümunəsi götürülb və nəticədə müxtəlif kəskin resperator viruslar aşkar edilib.

Ümumiyyətlə, bu viruslardan indiyədək ölüm hadisəsi qeydə alınmayıb. Olsaydı, bu haqda bizdə rəsmi məlumat olardı”.

A.Əliyeva vurğulayıb ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə kəskin resperator virus infeksiyalarına yoluxanların sayı azalıb. “Xəstəliyin ağırgedişli olmasına səbəb insanların həkimə müraciət etməməsi, kiminsə dediklərinə əsasən aptekdən dərman almaları və ev şəraitində, yataq rejimində olmamalarıdır. Bunlara riayyət edilsə, xəstəlik çox tez keçir və heç bir fəsad vermir”.

Qeyd edək ki, tanınmış həkim, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda yayılan H3N2 virusundan ölənlər var.

“Keçən il də Azərbaycanda qripdən dünyasını dəyişən insanlar olub. Rəsmi statistikada öz əksini tapmasa da, bu fakt bizə məlum idi. Ağ ciyərin pnevmoniyası, yuxarı tənəffüs yollarının iltihabı, ağ ciyər ödemi kimi çox sayda xəstəliklər məhz qrip infeksiyası fonunda ağırlaşır, bəzən də ölümlə nəitcələnir. Builki virusdan da ölənlər var. Amma rəsmi olaraq açıqlanmır”,-deyə Adil Qeybulla vurğulayıb.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti