Tehran nüvə məsələləri üzrə vasitəçisini dəyişdi

Tehran nüvə məsələləri üzrə vasitəçisini dəyişdi
  20 Avqust 2013    Oxunub:1175
İranın XİN rəhbəri nüvə məslələri üzrə yeni sözçu seçilib.
Bundan sonra Tehranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıqlar aparacaq. Bu barədə AzVision.az İran mətbuatına istinadən məlumat verir.

Həsən Ruhani İrana yeni prezident seçiləndən sonra dəfələrlə nüvə danışıqları üzrə vasitəçinin dəyişdiriləcəyini bildirib. Qeyd edək ki, bundan əvvəl vasitəçi postunun sahibi İranın Milli Təhlükəsizlik üzrə Ali Şuranın rəhbəri olub.

Yeni hökumət artıq danışıqlarda Mahmud Əhmədinecatın yolu ilə getməyəcəyini bəyan edib.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti