Mənsimovdan FHN-ə 4 milyonluq hədiyyə - (VİDEOXƏBƏR)

Mənsimovdan FHN-ə 4 milyonluq hədiyyə - (VİDEOXƏBƏR)
  09 Yanvar 2017    Oxunub:31279
Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə “DeepFlight Super Falcon” sualtı qayığı hədiyyə edib.

Bu barədə məlumatı AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov təsdiqləyib. FHN rəsmisi qeyd edib ki, adıçəkilən sualtı qayıq dekabrın 15-də Xəzər dənizində baş vermiş faciə nəticəsində itkin düşən nefçilərin axtarışına cəlb olunacaq.

O.Bayramovun sözlərinə görə, DeepFlight Super Falcon” sualtı qayığı bundan sonra FHN-nin balansında olacaq.



Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan “DeepFlight” şirkəti “DeepFlight Super Falcon” sualtı qayığını xüsusi sifariş əsasında istehsal edib. Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilər. Tamamilə elektrik mühərrikləri ilə işləyir, heç bir səs çıxarmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə “sualtı qırıcı təyyarə” adı alıb.



Sualtı qayıq iki nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir.

“DeepFlight Super Falcon” sualtı qayığı yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malikdir. Qayığın qiyməti minimum 3- 4 milyon manat dəyərindədir.







Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti