Həmsədrlər şəhidimizin nəşinin qaytarılmasını tələb edir - (VİDEOXƏBƏR)

  10 Yanvar 2017    Oxunub : 2029
Həmsədrlər şəhidimizin nəşinin qaytarılmasını tələb edir - (VİDEOXƏBƏR)

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində baş verən insident zamanı həlak olan azərbaycanlı əsgərin meyitini dərhal ölkəsinə qaytarmağa çağırıb.

AzVision.az-ın məlumatına görə, bu barədə həmsədrlərin birgə bəyanatında deyilir.

“Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”.

Həmsədrlər ErmənistanAzərbaycanı Vyana və Sankt - Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırıb. Həmsədrlər, həmçinin 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçi nəşinin vətəninə qaytarılması üçün çağırış edib.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: