Prezident əhalini yağış üçün dua etməyə çağırdı - (VİDEOXƏBƏR)

Prezident əhalini yağış üçün dua etməyə çağırdı - (VİDEOXƏBƏR)
  10 Yanvar 2017    Oxunub:4942
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyan müsəlmanları məscidlərə gedərək yağışın yağması üçün dua etməyə çağırıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, imamlar məscidlərdə yağış duası etməyi ibadət edənlərə başa salacaqlar. Bunun üçün məscidlərdə xüsusi mühazirələr təşkil olunacaq.

Prezident özü şəxsən Abu-Dabidə yerləşən Şeyx Zaid məscidində mərasimə qatılacaq.

"The National" nəşri yazır ki, BƏƏ-dən olan fermerlər son zamanlar su çatışmazlığı ilə əlaqədar əkin prosesini dayandırıb.

Meteorologiya və Seysmologiya üzrə Milli Mərkəzin məlumatına görə 2016-ıc ilin yanvarından marta qədər BƏƏ-də güclü yağışlar yağıb. Yağıntılar 2015-ci ilin analoji dövrü ilə müqayisədə çox olub. Lakin bundan sonra ölkədə quraqlıq müşahidə olunur.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti