Ərdoğan Ermənistanla sərhəddə divar tikdirir - (VİDEOXƏBƏR)

Ərdoğan Ermənistanla sərhəddə divar tikdirir - (VİDEOXƏBƏR)
  11 Yanvar 2017    Oxunub:48146
Türkiyə Ermənistanla sərhəddə divar tikməyi planlaşdırır.

AzVision.az xəbər verir ki, bu barədə t24.com.tr saytı məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin Müdafiə Nazirliyi Maliyyə Nazirliyi ilə birgə Ərdahan, Qars və İğdır sərhədində divar tikmək niyyətindədir. Divarın sərhəddə terrorizm və qaçaqmalçılıqla mübarizə çərçivəsində tikilməsi gözlənilir.

Hələlik bununla bağlı Türkiyə rəsmiləri tərəfindən açıqlama verilməyib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti