Bu foto naziri qəzəbləndirdi

Bu foto naziri qəzəbləndirdi
  27 Fevral 2013    Oxunub:1557
Belçikalı siyasətçi Filip De Vinterin, çarşabı zibil torbaları ilə eyniləşdirdiyi fotonu Twitter-dən paylaşması bu dəfə türkiyəli nazir Egemen Bağışı hiddətləndirib.
Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçisi Egemen Bağış dünən qatıldığı bir tədbirdə Belçikada radikal sağçı siyasətçisi Filip de Vinter tərəfindən Twitter-də paylaşılan və böyük səs-küy yaradan fotodan danışıb.

Xatırladaq ki, bir neçə gün öncə Vinter "Twitter"də qara zibil torbasının arasında qara çarşablı qadın və qızın fotosunu paylaşıb. O, çarşabın zibil torbasından heç nə ilə fərqlənmədiyini qeyd edib. Foto Belçikada da böyük narazılıqla qarşılanıb.

Fotonu İslamofobiya kimi dəyərləndirən Egemən Bağış, “Bir nəfər çıxıb, zibil torbalarını çarşabla eyniləşdirir. Ona insan demək belə istəmirəm, tərbiyəsizin biridir” deyib.



Teqlər:  





Xəbər lenti