Rusiya İsrailə qarşı

Rusiya İsrailə qarşı
  01 Fevral 2013    Oxunub:2026
Rusiya İsraili BMT-nin qətnamələrini pozmaqda günahlandıracaq
Rəsmi Moskva İsrail Hərbi Hava Qüvvələrinin Suriyaya hücum faktını araşdırır və əgər məlumat təsdiqini taparsa deməli , İsrail BMT-nin qətnamələrini pozub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Nazirliyin rəsmi saytında yer alan bəyanatda bildirilir:

“İsrailin hərbi hava qüvvələrinə aid təyyarələrin Suriyanın Dəməşq yaxınlığında yerləşən obyektlərinin üzərində uçuşlar həyata keçirməsi Moskvada dərin təəssüflə qarşılanıb. Bu məlumat təsdiqini taparsa biz təcili tədbirlər görəcəyik. Bu, suveren dövlətin üzərinə bu kimi hücumlar BMT qətnamələrinin pozulması deməkdir. Buna heç cürə bəraət qazandırmaq olmaz. Hər şeydən əvvəl hadisənin təfərrüatları ilə öyrənəcəyik. Bir daha və qətiyyətlə Suriyaya qarşı istənilən zorakılığın durdurulmasını tələb edirik”.

Xatırladaq ki, ötən gün axşam Suriya hökuməti İsrail hərbi təyyarələrinin Dəməşqə hava hücumunu rəsmi olaraq təsdiq edib. Bildirilir ki, yanvarın 30-da İsrail təyyarələri Dəməşqin Camray rayonunda elmi-araşdırmalar mərkəzini bombalayıblar .


Teqlər:





Xəbər lenti