Prezidentlə baş nazir “Facebook”da yazışır

Prezidentlə baş nazir “Facebook”da yazışır
  27 Fevral 2013    Oxunub:2031
“İlk dəfədir görürəm ki, baş nazir prezidentə məktubu Facebook vasitəsilə göndərir və elə sosial şəbəkə ilə də cavab gözləyir”
Gürcüstan prezidenti Mixeil Saakaşvili baş nazir Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu deyib. Bu barədə o mətbuat konfransında çıxışı zamanı bildirib. Saakaşvili baş nazirin məktubunu aldığını qeyd edib.
“İlk dəfədir görürəm ki, baş nazir prezidentə məktubu Facebook vasitəsilə göndərir və elə sosial şəbəkə ilə də cavab gözləyir. Cavab olaraq bəyan edirəm ki, mən onunla ölkənin inkişaf perspektivlərini , Rusiya və ABŞ-la münasibətləri, Gürcüstan ərazisinin işğaldan azad edilməsi məsələsini müzakirə etməyə hazıram”.
Xatırladaq ki, İvanişvili Prezidentə məktubla müraciət edərək ondan yaxın 2-3 gün ərzində Konstitutsiyaya dəyişiklərələ bağlı konkret mövqeyini açıqlamasını tələb edib.
“ Sizə sonuncu dəfə təklif edirəm , qarşıdakı 2-3 gün ərzində konstitusion diktaturadan əl çəkib çəkməyəcəyiniz və parlamentin razılığı olmadan hökumət dəyişikliyinə qadağanı dəstəkləyib dəstəkləməyəcəyiniz barədə dəqiq mövqeyinizi bildirəsiniz ”-deyə baş nazirin prezidentə müraciətində bildirilib.
Qeyd edək ki, Gürcüstan prezidentinin parlamentin razılığı olmadan hökuməti buraxmaq və formalaşdırmaq hüququ var.
Bununla razı olmayan baş nazir bildirib ki, “konstitusiyaya yeni dəyişikliklər mart ayının sonuna kimi parlamentdə səs qoyulacaq”.
Prezidentə müraciət edərkən İvanişvili, həmçinin bəyan edib: ” İstəyirsiniz mənim sözlərimi ultimatum, istəyirsiniz siyasi mənəm-mənəmlik kimi qəbul edin. Kim bu düzəlişlərlə razıdırsa ölkədə fəaliyyətini davam etdirə bilər. Həmin şəxsə səhvlərini düzəltmək və siyasi gələcək əldə etmək şansı veriləcək. Etiraz edənlər ötən 9 il ərzində Sizin komandanızın üzvlərinin etdiklərinə görə siyasi məsuliyyət daşıyacaqlar və bir ömür boyu bu yüklə yaşayacaqlar.


Teqlər:





Xəbər lenti