Sarkisyan müdafiə və baş naziri dəyişir - (VİDEOXƏBƏR)

Sarkisyan müdafiə və baş naziri dəyişir - (VİDEOXƏBƏR)
  14 Yanvar 2017    Oxunub:10984
Ermənistan prezidenti Serj Sarkisyan müdafiə naziri Vigen Sarkisyanı ölkənin baş naziri postuna gətirmək niyyətindədir.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, 2017-ci ilin aprel ayında keçiriləcək parlament seçkilərinə və 2018-ci ilin aprelində Sarkisyanın səlahiyyətlərinin başa çatacağı müddətə qədər hakimiyyət daha loyal baş nazirin olmasını istəyir.

Məhz buna görə, aprelin 2-də keçiriləcək parlament seçkilərində hakim partiyanın siyahısına müdafiə naziri Vigen Sarkisyan rəhbərlik edəcək.

Plana əsasən, 2018-ci ilin aprelinə qədər, yəni Sarkisyanın prezidentlik səlahiyyətləri başa çatana qədər hakim Respublika partiyası prezidentin baş nazir olması üçün tədbirlər hazırlayacaq.

Məlumata görə, 2018-ci ilin aprelin 9-da isə Vigen Sarkisyan istefa verəcək və Sarkisyan baş nazir postuna gələcək.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Karen Karapetyanı baş nazir təyin etməklə böyük səhvə yol verdiyini etiraf edib. İddia edilir ki, Karapetyan Sarkisyan rejimini parçalamaqla məşğuldur. Bu isə illərlə Sarkisyanın klanında olan məmurları ciddi narahat etməyə başlayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti