İran nüvə silahından vaz keçdi

İran nüvə silahından vaz keçdi
  21 Avqust 2013    Oxunub:1615
MAQATE: `İran uranı saflaşdırmağı dayandırıb`.
İran uranı 20% səviyyəsinədək saflaşdırma işlərini dayandırıb və əsas diqqəti ondan nüvə tədqiqat reaktoru üçün tibbi izotoplar emalına yönəldib. Bu barədə məlumat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) sənədlərində yer alıb. Bildirilir ki, uranın zəngiləşdirilməsi prosesi heç də İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının iclasında iddia etdiyi kimi “qırmızı xətti” ötməyib.

Bunula yanaşı 2010-cu ildə İran, 20% saflaşdırılmış 240-250 kq uran əldə edib ki, bu da nəzəri olaraq bir nüvə bombası düzəltmək üçün yetərlidir.

Rusiya mətbuatı isə yazır ki, İran mütəxəssisləri uranı zənginləşdirmək əvəzinə ondan nüvə tibbi tədqiqat reaktoru üçün yanacaq emalına diqqət yönəldib.

Bundan əvvəl bildirilirdi ki, İran uranın saflaşdırılması üçün 18 min sentrifuqa malikdir və onlardan 10 mini işlək vəziyyətdədir.

Həmçinin qeyd olunurdu ki, İran 2014-cü ilin ortalarınadək nüvə silahı hazırlamaq üçün yetərincə uran əldə edəcək.

Səbinə Həsənova
AzVİsion.az



Teqlər:  





Xəbər lenti