Sabah 33 dərəcə isti olacaq

Sabah 33  dərəcə isti olacaq
  21 Avqust 2013    Oxunub:1132
Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın arabir tutulacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Avqustun 22-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti