Millimizin sabiq baş məşqçisi axtarışa verildi - (VİDEOXƏBƏR)

Millimizin sabiq baş məşqçisi axtarışa verildi - (VİDEOXƏBƏR)
  17 Yanvar 2017    Oxunub:4148
Cüdo üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Peter Zayzenbaher beynəlxalq axtarışa verilib.
AzVision.az “Judoİnside”-a istinadən xəbər verir ki, Vyana məhkəməsi Zayzenbaherin həbs edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, sabiq baş məşqçinin beynəlxalq axtarışa verilməsinə səbəb onun məhkəmə proseslərinə gəlməməsi və istintaqdan gizlənməsidir.

Xatırladaq ki, Zayzenbaher 2 uşağı - 11 və 13 yaşlı yetirmələri zorlamaqda ittiham olunur. Onun hadisəni 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi bildirilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti