Azərbaycanda ötən il 2234 nəfər zəhərlənib

Azərbaycanda ötən il 2234 nəfər zəhərlənib
  17 Yanvar 2017    Oxunub:1886
2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2234 müraciət daxil olub.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ötən il Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb. Belə ki, 2015-ci ildə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2462 müraciət daxil olub.

Məlumatda qeyd edilib ki, ötən il daxil olan müraciətlərin 32,8% lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin (T36-T50), 21% - dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1% - yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti