Tehranda bina çökdü: 50 ölü (FOTO+VİDEO)
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərin 30-nun yanğınsöndürən olduğu deyilir.
Bina 1960-cı ildə yəhudiəsilli biznesmen Həbib Elxanyan tərəfindən tikilib. Bina Tehranda o dövrün ən hündür tikilisi olub. Orada plastik və toxuculuq emalatxanaları fəaliyyət göstərirmiş.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani daxili işlər nazirinə təlimat verərək qəzanın dəqiqliklə araşdırılmasını tapşırıb. Prezident Həsən Ruhani hadisə zamanı ölənlərin ailələrinə başsağlığı verərək bu kədərli hadisədən təəssüf hissi keçirdiyini bildirib.
***
İranın paytaxtı Tehranda güclü yanğın nəticəsində 17 mərtəbəli ticarət mərkəzi çöküb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 200-ə yaxın insanın xəsarət aldığı bildirilir. İlkin məlumata əsasən, həmin an binada 30-a yaxın adam olub.
"Habertürk" xəbər verir ki, binanın çökməsi nəticəsində 30 yanğınsöndürən ölüb, 38 nəfər isə yaralanıb.
Binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniya səfirliklərinin əməkdaşları təxliyə edilib. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.
İlkin Nəcəfzadə
AzVision.az