AzVision.az xəbər verir ki, “Google” şirkəti “YouTube” videohostinqinə messencer funksiyası əlavə etməklə istifadəçilərin müzakirəni “Facebook”da deyil, onun platformasında aparmasını planlaşdırırlar. Yeni platformanın imkanları çarxlara şərh yazılması ilə məhdudlaşmır: həmsöhbətlər bir-birinə mətn mesajları göndərə bilərlər.
Yeni funksiya həm “Android”, həm də “iOS” qurğularda əlçatandır. Kanada Şimali Amerikanın internet bazarına oxşarlığına görə sınaq meydançası qismində seçilib.
AzVision.az