Ölkə qanunvericiliyinə görə, Obama bu gün yeni seçilmiş prezidentinə kreslosunu təhvil verəcək. Bundan sonra Obama ailəsi ilə birlikdə 8 il yaşadığı Ağ evi tərk edərək yeni evində yerləşəcək.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Obama bundan sonra Vaşinqtonun Kalorama bölgəsində yaşayacaq. Məlumata görə, Obama ailəsinin özəl əşyaları artıq yeni evə köçürülür.
Ağ evdən 3 kilometr aralı yerləşən ev 1928-ci ildə inşa edilib. Məlumata əsasən Obamanın yeni evi 2014-cü ildə 5 milyon dollara satılıb. Evin keçmiş sahibinin sabiq prezident Bill Klintonun mətbuat katibi Co Lokart olduğu bildirilir.
Obama ailəsinin yeni evi olduqca sakit məhəllədə yerləşir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
AzVision.az