Ərdoğanın qəbul etmədiyi milyonluq hədiyyə

Ərdoğanın qəbul etmədiyi milyonluq hədiyyə
  27 Fevral 2013    Oxunub:1635
Baş nazir 269 milyon dollarlıq ad günü hədiyyəsini qəbul etməyib.
Türkiyənin Artvin bölgəsində, Çoruh çayı üzərində inşa olunan ölkənin ən hündür su anbarının “Yusufəli Rəcəb Tayyip Ərdoğan” adlandırılması planlaşdırılırdı.

Anbarın təməlqoyma mərasimi xüsusi olaraq baş nazir Ərdoğanın ad gününə təyin edilib, dəvətnamə və afişalarda da qurğunun adının “Rəcəb Tayyip Ərdoğan” olacağı yazılıb.

Baş nazir isə ötən gün Ekologiya və Təbii Sərvətlər naziri Veysəl Əroğluna zəng edərək su anbarına adının verilməsinə kəskin etiraz edib və dərhal dəyişdirilməsini tələb edib. Çox keçmədən tikilinin adı “Yusufəli anbarı” olaraq dəyişdirilib.

Dünən 60 yaşına qədəm qoyan baş nazir hakim partiyanın qrup toplantısına daxil olduqda salondakılar Ərdoğanı çox sevdiyi “Bana her şey seni hatırlatıyor” mahnısı ilə salamlayıblar.



Teqlər:  





Xəbər lenti