XİN Aygün Kazımova ilə bağlı açıqlama verdi

XİN Aygün Kazımova ilə bağlı açıqlama verdi
  22 Avqust 2013    Oxunub:1488
Xarici İşlər Nazirliyi xalq artistinin xidməti pasporta sahib olması ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazirlikdən verilən məlumata görə, xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında xalq artistlərinin adı olmasa da, həmin fərmanın 5-ci bəndində qeyd olunan “xidməti pasport almaq hüququ olan digər şəxslər” ifadəsinə əsasən, A.Kazımovaya passport verilə bilər. Nazirlikdən bildirilən məlumata görə, əgər A.Kazımova dövlət xətti ilə xarici ölkələrə səfər edibsə, bu zaman ona xidməti pasportun verilməsi mümkündür. Nazirlikdən o da bildirilib ki, xidməti pasportla diplomatik pasport fərqli anlayışlardır. Diplomatik pasport dar çərçivəli və xüsusi anlayışdır və A.Kazımovanın bu pasporta sahib olması o halda mümkün ola bilər ki, o, Azərbaycanın xarici ölkələrdən birində fəaliyyət göstərən mədəniyyət qurumlarından birinin rəsmi işçisi olsun.

Qeyd edək ki, A.Kazımova diplomatik pasportu ötən il noyabrın 1-də əldə edib.(aznews.az)


Teqlər:





Xəbər lenti