11 ayda 12 min ailə boşanıb - (VİDEOXƏBƏR)

 11 ayda 12 min ailə boşanıb - (VİDEOXƏBƏR)
  24 Yanvar 2017    Oxunub:6628
Azərbaycanda ötən ilin yanvar-noyabr ayları ərzində 51,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8 təşkil edib.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, qeydiyyat şöbələri tərəfindən 2016-cı ilin 11 ayı ərzində 60,8 min nikah və 12,0 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 3104 nəfər gələn və 1709 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1359 nəfər təşkil edib.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti