WikiLeaks-ə məlumat ötürənə 35 il verildi

WikiLeaks-ə məlumat ötürənə 35 il verildi
  22 Avqust 2013    Oxunub:1108
ABŞ əsgəri Bradley Manning WikiLeaks saytına məxfi informasiyalar ötürməkdə təqsirli bilinərək 35 il azadlıqdan məhrum edilib.
25 yaşlı Manningə qarşı 20 ittiham irəli sürülmüşdü. Amma hakim düşmənlə əlbir olmaq ittihamını onun üzərindən götürüb. Proses Merilend ştatındakə hərbi məhkəmədə keçirilib.

O bu məlumatları sayta 2010-cu ildə İraqda xidmətdə olarkən ötürüb. Söhbət Əfqanıstan və İraq müharibələrindən gedir.

Prokurorlar onun 60 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.


Teqlər:





Xəbər lenti