DİN Şəkidəki partlayışı açıqladı

DİN Şəkidəki partlayışı açıqladı
  27 Fevral 2013    Oxunub:1950
Partlayış qaz balonu ilə ehtiyatsız davranma səbəbindən baş verib.
Daxili İşlər Nazirliyi Şəkidə baş verən partlayışla bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, fevralın 27-də saat 00.20 radələrində Şəki şəhərində yaşayan İlham Məmmədova məxsus evdə partlayış baş verib.

Nəticədə evin qapı, pəncərə və döşəməsi dağılıb, İ.Məmmədov ölüb, qardaşı Elman isə xəstəxanaya yerləşdirilibdir. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəyə səbəb kimi ilkin məlumatlara əsasən, hadisənin qaz balonu ilə ehtiyatsız davranılmasından baş verməsi ehtimal olunur.




Teqlər:





Xəbər lenti