Qaralamalar xarakterinizi ələ verir-TEST

Qaralamalar xarakterinizi ələ verir-TEST
  22 Avqust 2013    Oxunub:5552
Yəqin ki, çoxlarınız razılaşarsınız ki, bəzən bekarçılıqdan, bəzən nədənsə narahat olanda, bəzənsə elə-belə qeyri-iradi olaraq əlimizə qələm alıb bir kağıza nə çəkdiyimizin fərqinə varmadan müxtəlif şəkillər çəkirik, cızma-qara edirik. Heç nə üçün belə etdiyinizi düşünmüsünüzmü? Təbii ki, bunun da səbəbi var. Bu səbəbləri sizə təqdim etdiyimiz test vasitəsi ilə müəyyənləşdirə bilərsiniz. Sadəcə oxuyun.
Spiral,dalğalı xətlər - Başqalarının dinləməyi xoşlamır,bəzən isə ümumiyyətlə heç kimin problemi maraqlandırmır.Əsəbi və böhranlı vaxtlarında özünə nəzarət etməyi unutmasalar daha yaxşı olar.Çünki özü də bilmədən yaxınlarını təhqir edib,incidə bilər.

Güllər, günəş,hörük şəkilli naxışlar- şən və gülərüz görünməyə çalışır.Amma əslində əhvalı göründüyü kimi yaxşı deyil.Həyatında ən çox arzuladığı dostluq və özünə qarşı mehriban münasibətdir.İnsanlardan çəkinməsələr daha yaxşı olar.Çalışın ki,dostlarınızın etrafında daha çox vaxt keçirəsiniz.

Torlu şəkillər -Özünüzü insanlar etrafında narahat hiss edirsiniz.Çox vaxt incidiyinizi bildirməməyə çalışırsınız.Sizin haqqınızda deyilən sözlərdən incisəniz də anlamağa ,qəbul etməyə meyl göstərirsiniz.

Bir-birinə keçirilən ürəklər- sizin ürəyiniz gözəl hisslərlə doludur, sizdə bütün dünyaya yetəcək qədər sevgi var. Amma nədənsə bunu gizlədirsiniz, bu qədər soyuq və laqeyd görünməyə çalışmayın.

Xaç,çarpaz xətlər Belə şəkillər günahkarlıq hissini əks elətdirir. Nədənsə özünüzü yaman günahkar hiss edirsiniz. Bu da sizi çox narahat edir.

Müxtəlif adam şəkilləri - Belə şəkillər sizin köməksiz olduğunuzdan xəbər verir.Özünüzü köməksiz,aciz hiss edirsiniz. Buna görə də bəzən məsuliyyətli işlərdən mümkün qədər qaçmağa,uzaqlaşmağa çalışırsınız.

Həndəsi fiqurlar- Sizi aldatmaq çətindir.Çünki nə istədiyinizi və nə vəd etdiyinizi çox yaxşı bilirsiniz. Heç kimdən fikirlərinizi gizlətmirsiniz , tədbirli insansınız.

Arı şanına bənzər şəkillər- Sakitliyi çox xoşlayırsınız. Bütün işlərinizi qaydasında görmək, günlərinizi isə macərasız keçirməyi arzulayırsınız. Ailəniz və dostlərınızla olmaqdan zövq alırsınız.

Şahmat lövhəsinə oxşar şəkillər,ağ-qara- Çətin və xoşagəlməz vəziyyətdə olduğunuzu göstərir.Bundan da çox narahatsınız.Əgər belə hallar sizdə tez-tez təkrar olunursa,özünüzə qarşı bir az diqqətli olun.Bəlkə sizdən gizli,özünüzə də məlum olmayan kompleksləriniz var.

Hörülən,bir-birinə keçirilən halqalar -Baş verən hadisələrdən kənarda qalmağı xoşlamırsınız,özünüzü hadisələrin xaricində yox,mütləq daxilində,ən maraqlı hissəsində görmək istəyirsiniz.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti