`Onlara ömürlük həbs cəzası verilməlidir` - Komitə sədri (VİDEOXƏBƏR)

`Onlara ömürlük həbs cəzası verilməlidir` - Komitə sədri (VİDEOXƏBƏR)
  25 Yanvar 2017    Oxunub:4173
Uşaqlara qarşı amansız zorakılıq törədənlər ömürlük həbs cəzası ilə cəzalandırılmalıdır.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib.

Komitə sədri bildirib ki, uşaqlara qarşı amansız zorakılığın qarşısını almaq üçün müəyyən təkliflər hazırlayıb Milli Məclisdə qaldıra bilərik.

Deputat Astan Şahverdiyev də çıxışı zamanı bildirib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanları terror qruplarına qoşulmağa, narkotik maddələrə və “uşaqbazlığ”a təhrik edənlərə qarşı cəzaların sərtləşdirilməlidir.

Deputat belə şəxslərə qarşı ömürlük həbs cəzası verilməsini təklif edib.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti