Mübarək ev dustağı olacaq

Mübarək ev dustağı olacaq
  22 Avqust 2013    Oxunub:1133
Həbsxanadan yeni azad olunan Misirin keçmiş lideri Hüsnü Mübarək ev dustağı olacaq.
AzVision.az xəbər verir ki, Mübarəkin ev dustağı olması barədə qərarı ölkədə mövcud fövqəladə vəziyyətə görə ordu qəbul edib. Həbsin müddəti barədə təfərrüatlar verilməyib.

Məhkəmə 2011-ci ildən həbsdə olan 85 yaşlı Mübarəki azadlığa buraxmaq barədə qərarı avqustun 21-də verib. Qeyd edək ki, keçmiş prezident korrupsiya və hakimiyyətdə olduğu müddətdə zorakılıq törətməkdə ittiham olunurdu. Bu ittihamlara görə bəraət aldıqdan sonra o azadlığa buraxılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti