İntihar edən psixoloqun son məktubu tapıldı - (VİDEOXƏBƏR)

İntihar edən psixoloqun son məktubu tapıldı - (VİDEOXƏBƏR)
  26 Yanvar 2017    Oxunub:10609
Psixoloq Dəyanət Rzayev intihardan öncə məktub yazıb.
AzVision.az xəbər verir ki, ailə üzvlərinin Lent.az-a verdiyi məlumata görə, o, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Hadisə yerinə Yasamal rayon polis idarəsinin və prokurorluq orqanlarının əməkdaşları gəlib.

Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.

Qeyd edək ki, psixoloq bir müddət öncə həyat yoldaşından ayrılıb. Onun iki azyaşlı övladı qalıb.



***

Azərbaycanın tanınmış psixoloqu Dəyanət Rzayev intihar edib.

AzVision.az xəbər verir ki, Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkar edilib.

Məlumata görə, onun cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.

Məlum olub ki, D.Rzayev özünü kəmərlə boğaraq intihar edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti