`Onun yataq otağından xoşum gəlir` - Tramp (VİDEOXƏBƏR)

`Onun yataq otağından xoşum gəlir` - Tramp (VİDEOXƏBƏR)
  26 Yanvar 2017    Oxunub:19118
ABŞ prezidenti Donald Tramp "New York Times" qəzetinə müsahibəsində Ağ Evdəki ilk günlərindən söz açıb.
AzVision.az xəbər verir ki, Tramp ən çox Avram Linkolnun yataq otağından xoşu gəldiyini bildirib.

ABŞ-ın yeni prezidenti Ağ Evdə Dairəvi kabineti və Con Kennedi, Ronald Reyqan, Bill Klinton və Barak Obamanın işlədiyi yazı masasını çox bəyənib.

O, həmçinin yuxudan səhər saat 6-dan tez qalxdığını, xəbərlər proqramını izlədiyini deyib. Tramp prezident olduqdan sonra kitab oxumadığını bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı Melaniya və oğlu Berron artıq Ağ Evi tərk ediblər, çünki oğlu tədris ilini Nyu-Yorkdakı məktəbdə bitirməlidir. İnauqurasiyadan sonra qızı İvanka da həyat yoldaşı ilə onu tərk edib öz evlərinə yerləşib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti