Ermənistanın sabiq naziri ölkədən qaçdı - (VİDEOXƏBƏR)
AzVision.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, onun oğlanları artıq uzun müddətdir Los-Ancelesdə biznes sahibidirlər.
Xaçataryan ailəsi yaxın qohumları öldüyü üçün ABŞ-a getdiklərini deyib. Əslində isə Xaçatryanın Ermənistanda seçkiöncəsi başlaya biləcək qarayaxma kampaniyasından yayınmaqdan üçün ABŞ-a köçdüyü bildirilir.
Nəşrin xəbərinə görə, daha əvvəl erməni KİV-ində Qaqaik Xaçataryan və onun qardaşı oğlunun korrupsiyada ittiham olunması ilə bağlı məlumatlar yayılmışdı. Sonradan sabiq nazirin Los-Ancelesin Vestvud rayonunda dəbdəbəli villasının olduğu məlum olub.
“Hraparak” yazır ki, bu məlumatlar hökumətin arxivlərində qalır və lazım olan vaxt ona qarşı istifadə oluna bilər.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


