Papa: “İstefamı Allah istədi”

Papa: “İstefamı Allah istədi”
  22 Avqust 2013    Oxunub:1012
Fevral ayında istefa verməklə dünyanı şoka salan keçmiş papa XVI Benedikt istefa verməsinin səbəbini açıqlayıb.
AzVision.az Los Angeles Times-a istinadən xəbər verir ki, Benedikt mistik ayini yerinə yetirərkən allah ona istefa verməsini deyib. 86 yaşlı papa mistik ayin zamanı allahı görmədiyini, lakin allahın ana “arzularını və xeyir-duasını” çatdırdığını bildirib. Benedikt həmçinin söyləyib ki, varisi Fransiskin yaxşı əməllərinin şahidi olduqca, geri çəkilməsinin allah yolunda olduğunu daha yaxşı anlayır.

Keçmiş pontifin açıqlaması katolik “Zenit” agentliyi tərəfindən verilib. Agentliyin məlumatına görə, Benediktin istefa verməsinə səbəb mənəvi proses olub.

Xatırladaq ki, papa Benedikt fevralın 11-də xəstəliyini əsas gətirərək istefasını bəyan etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti