Bakıya qar yağır - FOTOLAR

Bakıya qar yağır - FOTOLAR
  28 Yanvar 2017    Oxunub:11715
Ötən gün axşam saatlarından paytaxt Bakıya və rayonlara qar yağmağa başlayıb.

Soyuq və şaxtalı hava şəraiti ilə əlaqədar bir çox yollar buz bağlayıb, səhər saatlarında avtomobillərin hərəkətində problemlər yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

AzVision.az paytaxtdan qarlı görüntüləri təqdim edir:























Foto: Elvin Abdulla
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti