DYP qəzaların sayını açıqladı - 2 ölü, 13 yaralı (VİDEOXƏBƏR)

DYP qəzaların sayını açıqladı - 2 ölü, 13 yaralı (VİDEOXƏBƏR)
  28 Yanvar 2017    Oxunub:4627
Ötən sutka ərzində respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bunu AzVision.az-a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, qəzalar nəticəsində 2 nəfər həlak olub,13 nəfər isə yaralanıb.

K.Əliyev qeyd edib ki, ölümlə nəticələnən hadisələrin hər ikisi Bakı şəhərində piyadaların iştirakı ilə baş verib: “Hər iki hadisə Bakı şəhərinin Nizami rayonunda baş verib. Nəticədə piyadalar ölüb”.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti