Human Rights Watch həmyerlilərimizi azad etməyə çağırdı

Human Rights Watch həmyerlilərimizi azad etməyə çağırdı
  22 Avqust 2013    Oxunub:1112
Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı İran prezidenti Həsən Ruhaniyə İranda həbs edilmiş beş azərbaycanlı fəalı azad etmək çağırışı ilə məktub göndərib.
İran beş azərbaycanlı hüquq müdafiəçisini dərhal və qeyd-şərtsiz azad etməlidir. Onlar İranda bu ölkənin azərbaycanlı azlığının mülki və mədəni hüquqları uğrunda mübarizəyə görə dəfələrlə uzunmüddətli həbsə məhkum ediliblər, deyə məktubda bildirilir.

Qeyd edək ki, həbs edilənlər Yeni GAMOH – Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvləridir. 16 iyun 2013-cü ildə Təbriz apellyasiya məhkəməsi Mahmud Fəzli, Ayət Mehrəlib Bəyoğlu, Şahmar Radmehr, Lətif Həsəni və Behbud Quluzadə barəsində 9 il həbs qərarı çıxarıb. Onlar milli təhlükəsizlik qaydalarını pozmaqda təqsirli biliniblər.

Adıçəkilən şəxslər 2010-cu ildə də həbs ediliblər və üç il sonra mühakimə olunublar. İttihamlar üçün əsaslardan biri onların Urmiya gölünün quruması ilə əlaqədar hakimiyyətin biganəliyinə qarşı etirazları olub.

S.Həsənova


Teqlər:  





Xəbər lenti