Erməni əsilli nazir işdən çıxarılır - (VİDEOXƏBƏR)
Qeyd olunub ki, siyasi təzyiqlərə dözə bilməyən Avakov qısa müddətdə vəzifəsini tərk edə bilər. Bildirilib ki, vəziyyət Knyajiçi qəsəbəsində baş verən atışmanın fonunda gərginləşib. Həmin atışmada beş nəfər həlak olub.
“Pyotr Poroşenko Bloku”ndan Ali Radanın deputatı seçilən Sergey Kaplin bildirib ki, Avakova iki ay vaxt verilib: “Ona xoşluqla Nazirlər Kabinetindəki otağını tərk etmək təklif edilib. Onun artıq manevr etmək imkanı da yoxdur”.
İlkin Nəcəfzadə
AzVision.az