İrandan Azərbaycana təklif

İrandan Azərbaycana təklif
  22 Avqust 2013    Oxunub:995
İran Azərbaycana birgə Ticarət Palatası yaratmağa çağırıb.
İran, Azərbaycanla birgə Ticarət Palatası yaratmaq niyyətindədir. İranın Ərdəbil əyalətinin Sənaye, Mədənlər və Ticarət Palatasının sədri Hüseyn Pirmüəzzin Azərbaycana səfəri çərçivəsində bu gün Bakıda keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, İranın Ticarət Palatası hazırda müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla ticari-iqtisadi əlaqələri inkişaf etdirmək məqsədilə islahatlar aparır.

“ Təəssüf ki, ölkələrimiz hələ də birgə Ticarət Palatası yarada bilməyiblər. Ancaq əminəm ki, onun yaradılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişlənməsinə yol açacaq”-deyə Pirmüəzzin qeyd edib.
AzVision.az interfax-a istinadən xəbər verir ki, 3 günlük səfər zamanı iki ölkənın sənaye və kənd təsərrüfatı sahəsində işləyən özəl sektor şirkətləri arasında iki ölkənin əlaqələrinin inkişafı məsələləri müzakirə olunacaq.

Həmçinin, iranlı nümayəndə heyəti azərbaycanlı investorlarla görüş keçirəcək və onların İranın Ərdəbil əyalətində investisiya yatırması məsələsini müzakirə edəcək. Bunula yanaşı İran nümayəndə heyəti Azərbaycanın İqtisadi İnkişaf naziri ilə görüşü də gözlənilir.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti