Hökumət vətəndaşları izləyəcək

Hökumət vətəndaşları izləyəcək
  22 Avqust 2013    Oxunub:872
Yeni Zelandiya ölkə vətəndaşlarını izləməyə icazə verən qanun qəbul edib.
AzVision.az The Huffington Post-a istinadən xəbər verir ki, Yeni Zelandiyanın qəbul etdiyi qanun kəşfiyyat idarəsinə vətəndaşları izləməyə imkan verəcək. Qanunun qəbul olunması üçün ölkənin kommunikasiya üzrə təhlükəsizlik bürosu səsvermə keçirib və 61 səsdən 59-u lehinə olub.

Yeni Zelandiyanın baş naziri Con Kiy bildirib ki, qanunun qəbul olunması bütün vətəndaşların izlənilməsi demək deyil.

“Bizim hökumət vətəndaşları ehtimal edilən təhlükədən qorumaq üçün bu addımı atıb. Bu təhdidlərin bəzisi real olduğundan biz bunun qarşısını almağa çalışırıq” - baş nazir vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti